Azərbaycan yığmasının məşqçiləri "Qəbələ" və "Kəpəz"i izləmək üçün səfərə çıxıb

Azərbaycan yığmasının məşqçiləri "Qəbələ" və "Kəpəz"i izləmək üçün səfərə çıxıb Elxan Abdullayevlə Mahmud Qurbanov Azərbaycan klublarının oyunlarına baxacaqlar
Futbol
13 İyul , 2016 13:18
Azərbaycan yığmasının məşqçiləri Qəbələ və Kəpəzi izləmək üçün səfərə çıxıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının məşqçiləri Elxan Abdullayev və Mahmud Qurbanov səfərə yollanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki mütəxəssis müvafiq olaraq, “Qəbələ” və “Kəpəz” klublarının Avropa Liqasının II təsnifat mərhələsində səfərdə keçirəcəkləri oyunları izləyəcəklər.

“Qəbələ” bu mərhələdə Macarıstanın MTK, “Kəpəz” isə Avstriyanın “Admira” komandası ilə qarşılaşacaq. Hər iki komanda II təsnifat mərhələsində ilk oyununu iyulun 14-də keçirəcək.

Qeyd edək ki, "Qəbələ" və "Kəpəz" səfərə bu gün çarter reysli eyni təyyarə ilə yollanıb. 

Son xəbərlər

Orphus sistemi