Azərbaycan yığmasının İsrail və Norveçlə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycan yığmasının İsrail və Norveçlə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərib
Futbol
28 Avqust , 2018 10:48
Azərbaycan yığmasının İsrail və Norveçlə oyunlar üçün heyəti açıqlanıb - SİYAHI

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının İsrail və Norveç yığmaları ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Rəşad Sadıqov qarşıdakı görüşlərə 25 futbolçu dəvət edib. Onlardan 6-sı legionerdir. 

ADI, SOYADI KLUBU
Kamran İbrahimov Neftçi
Aydın Bayramov Sabah
Nicat Mehbalıyev Qarabağ
Amin Seydiyev Qəbələ
Ömər Buludov Neftçi
İbrahim Hüseynov Qarabağ
Bəhlul Mustafazadə Qəbələ
Anton Krivotsyuk Neftçi
Yusif Nəbiyev Sumqayıt
Elvin Sərkərov Neftçi
Sərtan Taşkın Keşlə
İlkin Muradov Zirə
Murtuz Abakarov Səbail
İsmayıl İbrahimli Qarabağ
Qismət Alıyev Qəbələ
Budağ Nəsirov Zirə
Hacıağa Hacılı Qarabağ
Fəhmin Muradbəyli Səbail
Ziya Əzizov NEC Nijmegen (Hollandiya)
Ozan Can Kökcü Giresunspor (Türkiyə)
Fərid Nəbiyev SK Slavia Praha (Çexiya)
Barış Ekincier VfL Bochum 1848 (Almaniya)
Murad Mahmudov Eintracht Frankfurt (Almaniya)
Renat Dadaşov Estoril FC (Portuqaliya)
Ülvi İsgəndərov Sumqayıt

Qeyd edək ki, İsrail yığması ilə matç sentyabrın 6-da, Norveçlə qarşılaşma isə sentyabrın 11-də keçiriləcək. "Dalğa Arena"da təşkil olunacaq hər iki qarşılaşma saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi