Bakı. 13 mart. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Almaniyada əməliyyat olunub.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrünü keçirir.
Onun Bakıya gələn həftə qayıdacağı gözlənilir.
Qış transfer pəncərəsi zamanı "Qarabağ"ın sıralarına "Xəzər Lənkəran"dan qoşulan Azərbaycan milli komandasının futbolçusu təlim-məşq toplanışı zamanı zədələnib. O, həmin vaxt bir ayadək yaşıl meydanlardan uzaq qalıb. Zədəsini sağaldaraq martın 2-də "Sumqayıt"la Azərbaycan Kubokunun ilk yarımfinal görüşündə debüt edən Rahid Əmirquliyev elə birinci hissədəcə yenidən zədələnib.


