Azərbaycan yığmasının daha bir futzalçısının koronavirus testi neqativ çıxıb

Azərbaycan yığmasının daha bir futzalçısının koronavirus testi neqativ çıxıb Yanvarın 16-da Belçikada COVID-19 testi müsbət nəticələnən Azərbaycan millisinin futzalçısı Eduardo Borges yenidən test verib.
Futbol
20 Yanvar , 2022 12:25
Azərbaycan yığmasının daha bir futzalçısının koronavirus testi neqativ çıxıb

Yanvarın 16-da Belçikada COVID-19 testi müsbət nəticələnən Azərbaycan millisinin futzalçısı Eduardo Borges yenidən test verib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, testin nəticə neqativ olub. Müdafiəçi bu gün Belçikadan Niderlanda gəlib, komandanın məşqində iştirak edib.

Ötən gün yığmanın daha bir üzvü Rafael Vilelanın testi neqativ çıxıb.

Qeyd edək ki, daha əvvəl dünən heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.

Son xəbərlər

Orphus sistemi