Azərbaycan yığmasının baş məşqçisi püşkatma mərasiminə yollanacaq

Azərbaycan yığmasının baş məşqçisi püşkatma mərasiminə yollanacaq Fevralın 5-də Avropa çempionatının seçmə mərhələsindəki rəqiblər müəyyənləşəcək
Futbol
2 Fevral , 2015 10:28
Azərbaycan yığmasının baş məşqçisi püşkatma mərasiminə yollanacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 5-də İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, AFFA-nı tədbirdə baş katibin müavini Sərxan Hacıyev və Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə təmsil edəcək.

Komandalar püşk üçün 6 səbətə bölünüb. Azərbaycan millisi 5-ci səbətdə yer alıb: 

A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çexiya, Portuqaliya, Hollandiya, Danimarka

B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika

C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Yunanıstan, Şotlandiya, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro

D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus

E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya

F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San Marino, Andorra, Lixtenşteyn

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 12:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi