​Azərbaycan yığması beynəlxalq turnirdə Rusiyanı məğlub edib

​Azərbaycan yığması beynəlxalq turnirdə Rusiyanı məğlub edib Görüş 4:2 hesabı ilə futbolçularımızın xeyrinə başa çatıb
Futbol
4 Yanvar , 2015 20:07
​Azərbaycan yığması beynəlxalq turnirdə Rusiyanı məğlub edib

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.

"Report" xəbər verir ki, Sankt-Peterburqda Rusiya-2 komandası ilə baş tutan görüş 4:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Hazırda Azərbaycan futbolçularının hesabında 6 xal var və yığmamız "F" qrupunda birinci yeri özünə təmin edib.

Son xəbərlər

Orphus sistemi