Azərbaycan yığması yoldaşlıq görüşündə məğlub olub

Azərbaycan yığması yoldaşlıq görüşündə məğlub olub Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb
Futbol
16 Dekabr , 2016 19:00
Azərbaycan yığması yoldaşlıq görüşündə məğlub olub

Bakı. 16 dekabr. REPORT.AZ/ Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. 

"Report"un məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb.

Azərbaycan yığmasının heyətində Samir Oruclu və Hikmət Verdiyev fərqləniblər.

Son xəbərlər

Orphus sistemi