Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirində Qazaxıstanla qarşılaşacaq

Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirində Qazaxıstanla qarşılaşacaq Rəqib Qazaxıstan yığması olacaq
Futbol
11 Yanvar , 2017 11:15
Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirində Qazaxıstanla qarşılaşacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, C qrupunun II tur matçında rəqib Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası olacaq.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda ilk görüşdə Litvaya 1:2 hesabı ilə uduzub. Qazaxıstan isə Slovakiya ilə heç-heçə edib - 0:0. Azərbaycan yığması hazırda qrup sonuncusudur. 

Qrupda mövqeyini yaxşılaşdırmaq üçün Azərbaycan Qazaxıstana, Litva isə Slovakiyaya qalib gəlməlidir. Bu halda Litva birinci, Azərbaycan yığması isə ikinci pillədə qərarlaşacaq. Məğlubiyyət isə yığmanın medallar uğrunda mübarizə şanslarının üstündən xətt çəkəcək.

Valentin Qranatkinin xatirə turniri, II tur

C qrupu

13:00. Qazaxıstan - Azərbaycan

Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi