Azərbaycan yığması UEFA Millətlər Liqasındakı oyunlar ərəfəsində Bakı Olimpiya Stadionunda məşqə çıxıb

Azərbaycan yığması UEFA Millətlər Liqasındakı oyunlar ərəfəsində Bakı Olimpiya Stadionunda məşqə çıxıb Bakı. 15 noyabr. REPORT.AZ/ Farer adaları və Kosovo ilə keçirəcəyi UEFA Millətlər Liqasının V tur matçı ilə əlaqədar toplanışda olan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
Futbol
15 Noyabr , 2018 10:28
Azərbaycan yığması UEFA Millətlər Liqasındakı oyunlar ərəfəsində Bakı Olimpiya Stadionunda məşqə çıxıb
affa.az

Bakı. 15 noyabr. REPORT.AZ/ Farer adaları və Kosovo ilə keçirəcəyi UEFA Millətlər Liqasının V tur matçı ilə əlaqədar toplanışda olan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

"Report"un məlumatına görə, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə milliyə dəvət almış 24 futbolçunun hamısı qatılıb. Qurbanov məşqin əvvəlində oyunçularla qısa söhbət edərək, tapşırıqlarını çatdırıb. Daha sonra komanda üzvləri fiziki və topla çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi Farer adalarını noyabrın 17-də Bakı Olimpiya Stadionunda qəbul edəcək. Bundan 3 gün sonra yığma Priştinada Kosovonun qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi