Oslo. 31 avqust. REPORT.AZ/ Azərbaycan milli komandası Norveç yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə son məşqinə çıxıb.
"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, Oslodakı "Ullevaal" stadionunda baş tutmuş məşqin ilk 15 dəqiqəsi açıq olub.
Məşqi AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov da izləyib.
Sentyabrın 1-də keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.











