Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib

Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib Növbəti reytinq siyahısı açıqlanıb
Futbol
155
1 İyun , 2017 12:01
Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib

Bakı. 1 iyun. REPORT.AZ/ FİFA dünya ölkələri yığmalarının növbəti reytinq siyahısını dərc edib. 

"Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 11 pillə irəliləyib. Hazırda 439 xala malik komanda 76-cı pillədədir. 

Azərbaycan millisi bu sıçrayışa heç bir oyun keçirmədən nail olub. Mayın 20-dən Avstriyada təlim-məşq toplanışında olan yığma yoldaşlıq görüşü keçirə bilməyib. Bununla belə, Robert Prosineçkinin baş məşqçi olduğu komandanın hesabına ötən ayla müqayisədə 53 xal əlavə olunub.  

Qeyd edək ki, bu, Azərbaycan yığması tarixi ərzində üçüncü, Robert Prosineçkinin baş məşqçi olduğu dövrdə ən yaxşı göstəricidir. Bunadək milli komanda 2014-cü ilin iyul-avqust aylarında 73-cü pillədə yer alıb. 

Son xəbərlər

Orphus sistemi