Azərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşib - YENİLƏNİB

Azərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşib - YENİLƏNİB Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan yığması Farer adaları ilə keçirdiyi UEFA Millətlər Liqasının V tur matçında daha bir itki ilə üzləşib.
Futbol
153
17 Noyabr , 2018 22:39
Azərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşib - YENİLƏNİB

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan yığması Farer adaları ilə keçirdiyi UEFA Millətlər Liqasının V tur matçında daha bir itki ilə üzləşib.

"Report" xəbər verir ki, 71-ci dəqiqədə müdafiəçi Pavlo Paşayev əvəzlənməli olub. O, yerini Rahil Məmmədova verib.

Daha əvvəl qapıçı Kamran Ağayev də zədə səbəbindən ikinci hissənin əvvəlində yerini Səlahət Ağayevə verib.

Hazırda Azərbaycan millisi öndədir - 2:0.


***22:15

Bakı. 17 noyabr. REPORT.AZ/ Farer adaları ilə UEFA Millətlər Liqasının V tur matçında üz-üzə gələn Azərbaycan yığmasının heyətində məcburi əvəzləmə olub.

"Report"un məlumatına görə, qapıçı və kapitan Kamran Ağayev ilk yarıda ayağından zədələndiyi üçün fasilədən sonra meydana çıxmayıb.

Onu Səlahət Ağayev əvəzləyib. Kapitan sarğısı isə Maksim Medvedevə verilib.

Qeyd edək ki, hazırda Azərbaycan millisi öndədir - 2:0

Son xəbərlər

Orphus sistemi