​Azərbaycan yığması “Benfika”nı 9:0 hesabı ilə məğlub edib

​Azərbaycan yığması “Benfika”nı 9:0 hesabı ilə məğlub edib Millimiz oyunu azlıqda keçirib
Futbol
21 Fevral , 2015 22:40
​Azərbaycan yığması “Benfika”nı 9:0 hesabı ilə məğlub edib

Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçına çıxıb.

“Report” xəbər verir ki, rəqib İsveçrənin “Benfika” (Sürix) komandası olub.

“WOW Sport Center”in futbol meydançasında təşkil olunan görüş millinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 9:0.

Qolları Fərid Nəbiyev (dəq. 2), Anıl Cilaz (dəq. 8), Pilağa Mehdiyev (dəq. 22), Bahadur Həziyev (dəq. 23), Elvin İmanlı (dəq. 53), İbrahim Qədirzadə ( dəq. 56 və 59), Elçin Əsədli (dəq. 62-penalti ilə və 66) vurub. 45-ci dəqiqədə Fərid Nəbiyev özünün qazandığı penaltini dəqiq yerinə yetirə bilməyib.

Görüşü idarə edən ukraynalı qadın referi hər iki komandanın bir oyunçusunu meydandan qovub. “Benfika”nın qırmızı vərəqə almış futbolçusunu, qarşılıqlı razılıq əsasında komanda yoldaşı əvəzləyib. Yığmanı 77-ci dəqiqədə azlıqda qoyan Tural Əjdərlinin yerinə isə heç bir oyunçu girməyib. Baş məşqçi Təbriz Həsənov oyunu azlıqda başa vurmağı qərara alıb.

Qeyd edək ki, matçı AFFA Məşqçilər Komitəsi üzvlərindən Ağasəlim Mircavadov izləyib.

Son xəbərlər

Orphus sistemi