Bakı. 14 noyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, I qrupda yer alan milli komanda İsraillə üz-üzə gəlib.
Gürcüstanın paytaxtı Tbilisidəki Mixail Mesxi adına Stadionun ikinci meydanında baş tutan qarşılaşma Azərbaycan yığmasının 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Vüqar Məmmədin baş məşqçi olduğu komandanın heyətində yeganə qolu 82-ci dəqiqədə Emil Qasımov vurub.
Qrupun digər oyununda Gürcüstanla Lixtenşteyn qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Gürcüstana qarşı keçirəcək. Oyun saat 17:00-da start götürəcək.
https://images.report.az/photo/858ea975-9a76-44b6-abe2-f33cf618e060.jpg