Azərbaycan yığma komandasının qapıçısının Almaniya klubuna keçidi rəsmiləşib
Futbol
116
13 Dekabr , 2014
20:13


Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan yığma komandasının və "Neftçi" peşəkar futbol klubunun qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. "Report"un "Neftçi" PFK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən komandanın şərəfini qoruyacaq. Gənc qapıçı dekabrın 14-də saat 15-30-da “Bakcell Arena”nın mətbuat zalında “Neftçi” - “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq.
Son xəbərlər
