​Azərbaycan yığma komandası Portuqaliyaya məğlub olub

​Azərbaycan yığma komandası Portuqaliyaya məğlub olub Xorvatiya Serbiya üzərində qələbə qazanıb
Futbol
19 Mart , 2015 18:51
​Azərbaycan yığma komandası Portuqaliyaya məğlub olub

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun növbəti oyunları keçirilib. "Report"un məlumatına görə, Azərbaycan yığması portuqaliyalı həmyaşıdları ilə qüvvəsini sınayıb.

Xorvatiya ilə keçirilən ilk oyunda qapısında 4 top görən Mirbağır İsayevin rəhbərlik etdiyi komanda bu dəfə də meydanı məğlub tərk edib - 0:3.

Digər görüşdə isə Xorvatiya Serbiya üzərində 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması 2 oyunun nəticəsinə əsasən qrupun son pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi