Azərbaycan və Türkiyənin FIFA referilərinin kateqoriyaları dəyişdirilib

Azərbaycan və Türkiyənin FIFA referilərinin kateqoriyaları dəyişdirilib UEFA 2021/2022 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.
Futbol
369
17 Dekabr , 2021 14:48
Azərbaycan və Türkiyənin FIFA referilərinin kateqoriyaları dəyişdirilib

UEFA 2021/2022 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.

"Report"un məlumatına görə, əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir. Bu səbəbdən, Azərbaycanın iki FIFA referisi - Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib.

Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.

Əvəzində elit hakimlər qrupuna 8 referi yüksəlib. Onların arasında Türkiyə Futbol Federasiyasından Halil Umut Meler və Hollandiyanı təmsil edən əslən türk ədalət təmsilçisi Serdar Gözübüyük də var.

Son xəbərlər

Orphus sistemi