Azərbaycan təmsilçisi Çempionlar Liqasında iştirak edəcək

Azərbaycan təmsilçisi Çempionlar Liqasında iştirak edəcək İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək.
Futbol
17 Yanvar , 2020 11:24
Azərbaycan təmsilçisi Çempionlar Liqasında iştirak edəcək

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək.

"Report"un məlumatına görə, turnirdə Azərbaycanı eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası təmsil edəcək.

Püşkün nəticəsinə görə, B qrupunda yer alan komandanın rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq. 

“Ulduz” yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada”, yanvarın 22-də saat 14:00-da “Potenza” ilə qarşılaşacaq. Həmin gün 1/8, ertəsi gün 1/4, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək. Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi