Azərbaycan təmsilçisi Çempionlar Liqası oyunlarında əvvəl daha bir itki ilə üzləşib

Azərbaycan təmsilçisi Çempionlar Liqası oyunlarında əvvəl daha bir itki ilə üzləşib Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.
Futbol
26 Oktyabr , 2021 09:15
Azərbaycan təmsilçisi Çempionlar Liqası oyunlarında əvvəl daha bir itki ilə üzləşib

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.

Federasiyadan "Report"a verilən məlumata görə, Yüksək Liqanın IV turunda “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğal zədəsi ciddi olduğu üçün heyətdən çıxarılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.

Daha əvvəl kapitan Rizvan Fərzəliyevin də zədə səbəbində komanda ilə birlikdə səfərə yollanmayacağı açıqlanıb.

"Araz Naxçıvan" səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocayi, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.

B yolunda yer alan komanda "Uraqan İvano-Frankovsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. “Araz-Naxçıvan” oktyabrın 26-da Bakı - İstanbul - Lvov hava reysi ilə səfərə çıxacaq, Lvovdan isə avtobusla İvano Frankovska yollanacaq.

Son xəbərlər

Orphus sistemi