Azərbaycan taekvondoçusu həmcinsi ilə nişanlanmasına dair iddiaya aydınlıq gətirib

Azərbaycan taekvondoçusu həmcinsi ilə nişanlanmasına dair iddiaya aydınlıq gətirib “Aysel xanım uzaq qohumumdur, ailəlidir"
Futbol
21 Dekabr , 2018 12:00
Azərbaycan taekvondoçusu həmcinsi ilə nişanlanmasına dair iddiaya aydınlıq gətirib

Bakı. 21 dekabr. REPORT.AZ/ “Məndən heç nə soruşmadan, dəqiqləşdirmədən belə bir şeyi niyə yazıblar, anlaya bilmirəm”.

Bunu “Report”a Azərbaycan milli komandasının taekvondoçusu Fəridə Əzizova həmcinsi ilə nişanlanmasına dair iddiaya aydınlıq gətirərkən deyib. 23 yaşlı idmançı bildirib ki, “Instagram” səhifəsində Aysel adlı rəfiqəsi ilə paylaşdığı şəkil ad günü mərasimindəndir: “Dünən “Instagram” səhifəmdə Aysel xanımla olan şəklimi paylaşmışdım. Çünki onun ad günü idi və məqsədim bu formada onu təbrik etmək idi. Bu gün səhər isə ad günü olduğunu sübut edən digər şəkilləri də paylaşdım”.

F.Əzizova deyib ki, rəfiqəsi ailəlidir və bu cür əsasız məlumatlar ciddi problemlərə yol aça bilər: “Aysel xanım uzaq qohumumdur, ailəlidir. Bu cür xəbər ilk növbədə, onun özünə problem ola bilər”.

Qeyd edək ki, Fəridə Əzizova dünya və Avropa çempionatlarının bürünc, “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısıdır.

Son xəbərlər

Orphus sistemi