Azərbaycan şirkəti Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq

Azərbaycan şirkəti Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq NAZ püşkatma və turnir zamanı istifadə üçün avtomobillər ayıracaq
Futbol
18 Fevral , 2016 10:36
Azərbaycan şirkəti Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ NAZ şirkəti 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun qarşılığında şirkət bir sıra üstünlüklər əldə edib. 

NAZ çempionatın loqosundan istifadə hüququ, eksklüziv məhsul kateqoriyası, azarkeşlər, VİP və media üçün xüsusi hədiyyələrin hazırlanması hüququ, rəsmi oyun proqramında 1 səhifəlik reklam yeri, 4 ədəd meydança ətrafı reklam (6 x 0.9 metr), media fonda loqo, oyun biletlərində loqo, rəsmi posterdə loqo, təbliğat materiallarında loqo, UEFA-nın saytındakı UEFA U-17 səhifəsində loqo və digər üstünlüklərdən yararlana biləcək. Öz növbəsində şirkət çempionatın püşkatma mərasimi üçün Yerli Təşkilat Komitəsini 15, turnir zamanı istifadə üçün isə 60 avtomobillə təmin edəcək.

Yaxın günlərdə avtomobillərin təqdimatı keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının oyunları 5 - 21 mayda Bakının 4 stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi