Azərbaycan - San Marino matçının stadionu dəyişdirilib

Azərbaycan - San Marino matçının stadionu dəyişdirilib UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb
Futbol
130
18 Avqust , 2017 16:59
Azərbaycan - San Marino matçının stadionu dəyişdirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan və San Marinonun futbol üzrə milli komandaları arasında sentyabrın 4-də Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup oyununun stadionu dəyişdirilib. "Report"un məlumatına görə, UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb. 

Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Bakcell Arena”da Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib.

Azərbaycan – San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

Son xəbərlər

Orphus sistemi