Azərbaycan - Qətər matçında futbolçular arasında insident baş verib

Azərbaycan - Qətər matçında futbolçular arasında insident baş verib Bakıda Azərbaycan və Qətər yığmaları arasında keçirilən yoldaşlıq matçında insident baş verib.
Futbol
14 Noyabr , 2021 22:46
Azərbaycan - Qətər matçında futbolçular arasında insident baş verib

Bakıda Azərbaycan və Qətər yığmaları arasında keçirilən yoldaşlıq matçında insident baş verib.

"Report"un məlumatına görə, əvvəlcə görüşün 85-ci dəqiqəsində Anton Krivotsyukla qonaqların hücumçusu Almez Əli arasında gərginlik yaranıb. Daha sonra Araz Abdullayev və Bualem Xuxi onlara müdaxilə ediblər.

Nəticədə 4 futbolçunun hər biri sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab 2:2-dir.

Son xəbərlər

Orphus sistemi