Azərbaycan qadın futbolu üzrə yığması UEFA İnkişaf Turnirinin qalibi olub

Azərbaycan qadın futbolu üzrə yığması UEFA İnkişaf Turnirinin qalibi olub Turnir Makedoniya paytaxtında keçirilib
Futbol
1245
20 İyun , 2016 17:59
Azərbaycan qadın futbolu üzrə yığması UEFA İnkişaf Turnirinin qalibi olub

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması Makedoniyanın paytaxtı Skopyedə təşkil olunmuş UEFA İnkişaf Turnirinin qalibi olub.

"Report"un məlumatına görə, Patrisiya Qonsalesin baş məşqçi olduğu komanda ilk oyunda meydan sahibləri ilə qarşılaşıb. 

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib. 

Növbəti oyunda rəqib Xorvatiya olub. Bu dəfə Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə 2, məğlubun isə 1 xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA İnkişaf Turnirinin qalibi olub.

Son xəbərlər

Orphus sistemi