Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edir. Yeni loqo 4 elementin vəhdətidir:
Futbol
12 Avqust , 2020 15:12
Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

"Report" xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir: 

1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Son xəbərlər

Orphus sistemi