Azərbaycan Premyer Liqasında XXX turun ilk oyunu keçirilib

Azərbaycan Premyer Liqasında XXX turun ilk oyunu keçirilib "Qəbələ" 6 turdan sonra qalib gəlib
Futbol
15 Aprel , 2016 17:05
Azərbaycan Premyer Liqasında XXX turun ilk oyunu keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib. "Report"un məlumatına görə, günün yeganə oyunu Qəbələdə keçirilib.

Qəbələnin eyni adlı komandası Bakının "Rəvan" klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol qonaqların 62-ci dəqiqədə azlıqda qalmasından sonra vurulub. 62-ci dəqiqədə Saşa Yunisoğlu ikinci sarı vərəqənin ardından qovulub. Qolları isə Asif Məmmədovla Aleksey Antonov vurub.

Bununla da Roman Qriqorçukun baş məşqçi olduğu komanda 6 turdan sonra qalib gələrək, xallarını 46-ya çatdırıb və ən azı bir günlük 4-cü pilləyə yüksəlib. "Rəvan" isə 11 xalla sonuncu pillədə qalıb.

16:00. "Qəbələ" – "Rəvan" - 2:0

Qollar: Asif Məmmədov, 80. Aleksey Antonov, 85

Qırmızı vərəqə: Saşa Yunisoğlu, 62 ("Rəvan")

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ. Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları 16-17 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi