Azərbaycan Premyer Liqasının XXIII turunda yüksək məhsuldarlıq qeydə alınıb

Azərbaycan Premyer Liqasının XXIII turunda yüksək məhsuldarlıq qeydə alınıb Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub.
Futbol
8 Aprel , 2019 11:49
Azərbaycan Premyer Liqasının XXIII turunda yüksək məhsuldarlıq qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun 4 oyununda 16 qol vurulub. “Neftçi” – “Zirə” (4:2), “Sumqayıt” – “Keşlə” (2:1), “Qəbələ” – “Qarabağ” (1:2) və “Sabah” – “Səbail” (3:1) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabərdir.

Bu, cari mövsümün ikinci ən yüksək məhsuldarlıq göstəricisidir. Yalnız XI turda daha çox – 17 qol qeydə alıb. Orta məhsuldarlığın 4,25 olduğu həmin turda da eyni cütlər üz-üzə gəlib. 2018-ci ilin 10-11 oktyabrını əhatə etmiş turda “Neftçi” – “Zirə” (2:2), “Sumqayıt” – “Keşlə” (1:4), “Qəbələ” – “Qarabağ” (1:3) və “Sabah” – “Səbail” (0:4) qarşılaşmaları oynanılıb. 

XIII tur həmçinin “Neftçi”nin fransalı hücumçusu Baqali Dabo üçün yubileylərlə yadda qalıb.

“Zirə” ilə ev oyununda (4:2) iki qol vuran legionerin ilk topu ikiqat önəm kəsb edib. Bu, Baqalinin Azərbaycan çempionatlarında 30-cu, “ağ-qaralar”ın heyətində Premyer Liqada 10-cu qolu olub. Hücumçu ardınca bu rəqəmləri müvafiq olaraq 31 və 11-ə də çatdırıb.

“30”u arxada qoyan bombardir üç mövsümə bu göstəriciyə nail olub. 2016/17 mövsümündə 7 (16 oyun), 2017/18 mövsümündə 13 (27 oyun) dəfə fərqlənən Dabo bu qolları “Qəbələ”də vurub. “Neftçi”dəki ilk mövsümündə 21-ci oyunda 11-ə çatan forvard ümumilikdə 64 matçda 31 qola sevinib.

Son xəbərlər

Orphus sistemi