Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VII turunun oyunlarına bütün təyinatlar açıqlanıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə" - "Qəbələ" matçını Rauf Cabbarov, "Səbail" - "Sumqayıt" oyununu isə Əliyar Ağayev idarə edəcək. "Neftçi" - "Sabah" matçı isə Orxan Məmmədova tapşırılıb.
5 oktyabr (cümə)
18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov
Hakim-inspektor: Xaqani Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Dalğa Arena
19:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bayıl Arena
20:15. “Neftçi” – “Sabah”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakcell Arena
Qeyd edək ki, VII turun “Keşlə” – “Qarabağ” qarşılaşması oktyabrın 31-də baş tutacaq.