Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib Oyunlar iki gün sonraya keçirilib
Futbol
17 Fevral , 2017 11:17
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik AFFA-nın müraciəti əsasında aparılıb. 

7 mart – 9 martda Qətərin paytaxtı Dohada milli komandanın toplanış, eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Azərbaycan Premyer Liqasının XXII turunda dəyişiklik edilməsi xahiş olunub. Milli komanda amilini nəzərə alan PFL qərara alıb ki, XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları martın 11-dən martın 13-nə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları martın 12-dən martın 14-nə keçirilsin. 

Son xəbərlər

Orphus sistemi