Azərbaycan Premyer Liqasının rekordçusu mükafatlandırılıb

Azərbaycan Premyer Liqasının rekordçusu mükafatlandırılıb Azərbaycan Premyer Liqasında ən çox oyuna çıxan "Səbail"in futbolçusu Rahid Əmirquliyev mükafatlandırılıb.
Futbol
2 Oktyabr , 2021 19:25
Azərbaycan Premyer Liqasının rekordçusu mükafatlandırılıb

Azərbaycan Premyer Liqasında ən çox oyuna çıxan "Səbail"in futbolçusu Rahid Əmirquliyev mükafatlandırılıb.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçiyə mükafatları VI turda "Neftçi"yə qarşı keçirdikləri oyundan əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və "Səbail"in İdarə Heyətinin sədri Əbdülqəni Nurməmmədovla icraçı direktor Fərəc Əliyev təqdim edib.

Əmirquliyevə 14 nömrəli xüsusi forma da verilib.

Qeyd edək ki, Rahid Əmirquliyev V turda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları qarşılaşmada rekordçu olub. Bu matç paytaxt təmsilçisinin kapitanı üçün 422-ci çempionat görüşü kimi tarixə düşüb. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovu arxada qoyub.

Son xəbərlər

Orphus sistemi