Azərbaycan Premyer Liqasının püşkü atılır

Azərbaycan Premyer Liqasının püşkü atılır Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
Futbol
15 iyul 2022 07:06
Azərbaycan Premyer Liqasının püşkü atılır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

"Report"un məlumatına görə, püşkatma mərasimi saat 15:00-da başlayacaq.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.

Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. "Qarabağ", "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Keşlə", "Sumqayıt" və "Səbail" komandaları ilə yanaşı, "Turan Tovuz" və "Kəpəz"ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi