Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb

Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb Rəvan Həmzəzadə "Sumqayıt" - "Qarabağ" matçını idarə edəcək
Futbol
22 Oktyabr , 2015 11:47
Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar müəyyənləşib. "Report"un məlumatına görə,  "Qəbələ" ilə "Zirə" arasında keçiriləcək turun mərkəzi oyunu Elvin Əsgərova həvalə olunub. 

Oyunlardan birində - "Sumqayıt" - "Qarabağ" matçında əlavə köməkçi hakimlərin xidmətindən istifadə olunacaq. Bu qarşılaşmada Premyer Liqada ilk dəfə Rəvan Həmzəzadə baş hakim funksiyasını yerinə yetirəcək. O, əvvəlki turlardan 6-da 4-cü hakim olub. Ramil Diniyev isə turun AZAL-la "Neftçi" komandaları arasında keçiriləcək açılış matçına baş hakim, ertəsi gün "Kəpəz" - "Xəzər Lənkəran" qarşılaşmasına ehtiyat hakim kimi təyinat alıb. 

23 oktyabr (cümə)

AZAL – “Neftçi”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı,“AZAL Arena”, 18:00

24 oktyabr (şənbə)

“Kəpəz” – “Xəzər Lənkəran”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu, 15:00

“İnter” – “Rəvan”

Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”, 17:00

25 oktyabr (bazar)

“Qəbələ” – “Zirə”

Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ şəhər stadionu, 17:00

“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 19:00

Son xəbərlər

Orphus sistemi