Azərbaycan Premyer Liqasının oyunu zamanı tor qapıçının ağırlığına dözməyərək sökülüb - VİDEO

Azərbaycan Premyer Liqasının oyunu zamanı tor qapıçının ağırlığına dözməyərək sökülüb - VİDEO Hadisə "İnter" - "Zirə" matçında baş verib
Futbol
30 Sentyabr , 2016 15:44
Azərbaycan Premyer Liqasının oyunu zamanı tor qapıçının ağırlığına dözməyərək sökülüb - VİDEO

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VII turunun "İnter" - "Zirə" matçında kuryoz olay yaşanıb. 

"Report"un məlumatına görə, meydan sahiblərinin futbolçusu Elnur Abdullayevin zərbəsindən sonra qonaq komandanın qapıçısı Anar Nəzirov zərbəni dəf edib. Bu zaman o, müvazinətini itirib və qapı toruna dəyib. Nəticədə tor qapıçının ağırlığına davam gətirməyərək sökülüb. 

Daha sonra "Zirə"nin futbolçuları və baş hakim Fariz Yusifov hadisə yerinə gələrək torun sökülmüş hissələrini bərpa ediblər. Bu zaman oyun bir neçə dəqiqəlik dayanıb.

Qeyd edək ki, hazırda "İnter" 1:0 hesabı ilə qalib gəlir.

Son xəbərlər

Orphus sistemi