Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb Çempionluq kuboku "Qarabağ"a təqdim edilib
Futbol
21 May , 2018 21:31
Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

Bakı. 21 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Azərsun Arena"da baş tutan mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər şəxslər iştirak ediblər.

Üçüncü yerin sahibi "Neftçi", mövsümü ikinci sırada tamamlayan "Qəbələ" və çempion "Qarabağ" komandasının üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar.

Mərasimdə həmçinin 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.

Sonda çempionluq kuboku "Qarabağ"a təqdim edilib.

Son xəbərlər

Orphus sistemi