Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün medalçıları mükafatlandırılıb.
Futbol
21 May , 2022 22:08
Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün medalçıları mükafatlandırılıb.

"Report"un məlumatına görə, "Qarabağ"a çempionluq kuboku təqdim olunub. Ağdam klubu Peşəkar Futbol Liqasından "Qarabağ"ın şəhid azarkeşi Məhəmmədəli İbrahimli üçün də medal istəyib. Medal mərasimdə onun atasına təqdim olunub.

"Neftçi" gümüş, "Zirə" isə bürünc medallara layiq görülüb.

12 qolla çempionatın ən sərrast futbolçusu olan "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesə isə xüsusi mükafat verilib.

Son xəbərlər

Orphus sistemi