Azərbaycan Premyer Liqasının legionerləri: "Qarabağ Azərbaycandır!"

Azərbaycan Premyer Liqasının legionerləri: "Qarabağ Azərbaycandır!" Azərbaycan Premyer Liqasında çıxış etmiş və hazırda oynayan futbolçular cəbhədə baş verən hadisələrlə bağlı ölkəmizə dəstək verməkdə davam edirlər.
Futbol
970
29 Sentyabr , 2020 13:25
Azərbaycan Premyer Liqasının legionerləri: Qarabağ Azərbaycandır!

Azərbaycan Premyer Liqasında çıxış etmiş və hazırda oynayan futbolçular cəbhədə baş verən hadisələrlə bağlı ölkəmizə dəstək verməkdə davam edirlər.

"Report"un məlumatına görə, dünya futbolunun canlı əfsanəsi Maykl Essyendən sonra onun "Səbail"dən keçmiş komanda yoldaşı, ukraynalı qapıçı Aleksandr Rıbka da olaylara biganə qalmayıb.

Bundan başqa, "Qarabağ"ın qanalı yarımmüdafiəçisi Kvabena Ovusu və haitili oyunçusu Donald Gerye, "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mboc və digər əcnəbilər də "Qarabağ" Azərbaycandır!" yazaraq öz dəstəyini nümayiş etdirib.

Yerli futbolçulardan isə Mahir Emreli ("Qarabağ") və Ramil Şeydayev ("Sabah") döyüşə hazır olduqları ilə bağlı paylaşım ediblər.

Son xəbərlər

Orphus sistemi