Bakı. 8 avqust. REPORT.AZ/ Avqustun 11-də start götürəcək futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turunun oyun cədvəli açıqlanıb.
“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
11 avqust (cümə)
21:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”
12 avqust (şənbə)
20:00. “İnter” – “Qəbələ”
“İnter Arena”
13 avqust (bazar)
19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
21:00. “Sumqayıt” – “Kəpəz”
“Kapital Bank Arena”