Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ilk yarısının ən yaşlı yaşlı və gənc komandaları bəlli olub.
"Report"un araşdırmasına görə, çempionatın ən gənc kollektivi "Sumqayıt"dır. Ayxan Abbasovun baş məşqçi olduğu komandanın yaş ortalaması 24,924-ə (24 yaş, 9 ay, 24 gün) bərabərdir.
Premyer Liqanın ən yaşlı heyəti isə "Keşlə"yə məxsusdur. Paytax klubunda bu göstərici 27,56 yaşdır.
Azərbaycan Premyer Liqasının ümumi yaş ortalaması isə 26 yaş 6 ay 20 gündür.
№ | Klub | Orta təvəllüd | Meydana çıxan futbolçuların sayı |
1. | "Sumqayıt" | 20.02.1995 | 24 |
2. | "Qəbələ" | 22.02.1994 | 21 |
3. | "Sabah" | 17.11.1993 | 22 |
4. | "Səbail" | 27.02.1993 | 24 |
5. | "Neftçi" | 30.10.1992 | 21 |
6. | "Zirə" | 11.08.1992 | 20 |
7. | "Qarabağ" | 22.07.1992 | 22 |
8. | "Keşlə" | 08.07.1992 | 19 |
Araşdırma 2019/2020 mövsümümün ilk yarısında meydana çıxan futbolçulara əsasən aparılıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 16-da start verilib. Çempionatın ilk yarısı dekabrın 14-də başa çatıb.