Azərbaycan Premyer Liqasının ən gənc komandası açıqlandı

Azərbaycan Premyer Liqasının ən gənc komandası açıqlandı Azərbaycan Premyer Liqasında çıxış edən komandaların orta yaş həddi müəyyənləşib.
Futbol
526
26 Oktyabr , 2020 12:25
Azərbaycan Premyer Liqasının ən gənc komandası açıqlandı

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların orta yaş həddi müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) araşdırma aparıb.

Çempionatın ilk 6 turunun oyunları nəzərə alınmaqla, ən gənc kollektiv "Sumqayıt"dır .

"Gənclik şəhəri" təmsilçisinin orta yaş həddi 25,6 olub. "Zirə" (25,9) ikinci, "Qəbələ" (26,3) isə üçüncüdür. Növbəti sıralarda "Səbail" (26,3), "Neftçi" (26,4), "Qarabağ" (27), "Keşlə" (27,5), və "Sabah" (27,6) qərarlaşıb.

Qeyd edək ki, böyük "5-lik" çempionatlarında ən yaxşı göstərici İtaliya "Milan"ına məxsusdur - 24.5. Dünyanın ən gənc kollektivi isə Latviyanın “Metta” klubu olub – 20,7.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının V turundakı "Qarabağ" - "Səbail" matçı təxirə salınıb və bu səbəbdən hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.

Son xəbərlər

Orphus sistemi