Mahir Emreli zədələndi, Azərbaycan çempionatının bombardiri məlum oldu

Mahir Emreli zədələndi, Azərbaycan çempionatının bombardiri məlum oldu Onun yerinə meydana Uroş Matiç daxil olub
Futbol
990
19 May , 2021 22:04
Mahir Emreli zədələndi, Azərbaycan çempionatının bombardiri məlum oldu
Mahir Emreli

Futbol üzrə Azərbaycan Premyer Liqasının bombardiri məlum olub. "Report"un məlumatına görə, bu "Neftçi"nin futbolçusu Namiq Ələsgərovdur.

Onunla ən sərrast oyunçu adı uğrunda mübarizə aparan "Qarabağ"ın hücumçusu Mahir Emreli flaqmanla son tur qarşılaşmasının 71-ci dəqiqəsində zədələnərək, əvəzlənib. Onun yerinə meydana Uroş Matiç daxil olub.

Ələskərova hazırda davam edən qarşılaşmanın ardından mükafatlandırma mərasimində bombardir üçün nəzərdə tutulan xüsusi mükafat veriləcək.

Qeyd edək ki, Namik Ələskərov hələlik 19 qol vurub. Mahir Emreli isə çempionatı 18 qolla tamamlayıb.

Son xəbərlər

Orphus sistemi