Azərbaycan çempionatının bombardiri ilk dəfə Gürcüstan yığmasına çağırılıb

Azərbaycan çempionatının bombardiri ilk dəfə Gürcüstan yığmasına çağırılıb "Zirə" klubunun futbolçusu Davit Volkov ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb.
Futbol
8 noyabr 2021 09:32
Azərbaycan çempionatının bombardiri ilk dəfə Gürcüstan yığmasına çağırılıb

"Zirə" klubunun futbolçusu Davit Volkov ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb.

"Report"un Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı hücumçunun adı İsveçlə dünya çempionatının seçmə oyunu və Özbəkistanla yoldaşlıq görüşü üçün açıqlanan heyətə əlavə olunub.

O, zədəli olduğu üçün heyətdən çıxarılan Belçika "Serena"sının forvardı George Mikautadzeni əvəzləyib. Baş məşqçi Villi Sanyolun açıqladığı siyahıda ümumilikdə 25 oyunçu yer alıb.

Qeyd edək ki, Gürcüstan millisi İsveçlə noyabrın 11-də, Özbəkistanla isə noyabrın 15-də üz-üzə gələcək. Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Son xəbərlər

Orphus sistemi