Azərbaycan Premyer Liqasının bombardiri Gürcüstan yığmasında debüt edib

Azərbaycan Premyer Liqasının bombardiri Gürcüstan yığmasında debüt edib "Zirə" klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.
Futbol
290
11 Noyabr , 2021 22:57
Azərbaycan Premyer Liqasının bombardiri Gürcüstan yığmasında debüt edib

"Zirə" klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçu Tbilisidə İsveç yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda meydana çıxıb. Görüşə ehtiyatda başlayan Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə oyuna daxil olub.

Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya 61-ci və 77-ci dəqiqələrdə vurub.

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Son xəbərlər

Orphus sistemi