Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi rəsmən açılıb

Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi rəsmən açılıb Futbol üzrə Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.
Futbol
11 İyun , 2019 11:45
Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi rəsmən açılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.

"Report"un məlumatına görə, klublar yeni oyunçularını sentyabrın 2-dək Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər. Hələlik çempion "Qarabağ" və ölkə kubokunun sahibi "Qəbələ" istisna olmaqla, qalan 6 klub heyətinə yeni oyunçular cəlb edib. Lakin onların hamısı daxili transferlərdir və xaricdən heç bir oyunçu gətirilməyib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək. 

Son xəbərlər

Orphus sistemi