Bu gün ​Avropa Liqasına vəsiqə qazanan daha bir Azərbaycan klubu müəyyənləşə bilər

Bu gün ​Avropa Liqasına vəsiqə qazanan daha bir Azərbaycan klubu müəyyənləşə bilər Turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq
Futbol
1 May , 2015 10:00
Bu  gün ​Avropa Liqasına vəsiqə qazanan daha bir Azərbaycan klubu müəyyənləşə bilər

Bakı. 1 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək. "Report"un məlumatına görə, turun oyunları iki gün davam edəcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Zaqatalanın "Simurq" klubu doğma azarkeşlər önündə paytaxt "İnter"ini sınağa çəkəcək. "Bankirlər" səfər qələbəsi sayəsində turnir cədvəlinin ilk "üçlüy"ündə yerini möhkləmləndirərək, liderlik uğrunda mübarizəyə davam edəcəksə, "sarı-qaralar"a 3 xal Avroliqaya vəsiqə üçün nəzəri şanslarını qorumaqda yardımçı ola bilər. 

Bakıdakı "Bakcell Arena"da isə "Neftçi" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Turnir cədvəlinin son pilləsindən uzaqlaşan "Gənclik şəhəri" təmsilçisi qazanılan xallar sayəsində ən yaxın qonşusu "Xəzər Lənkəran"ı qabaqlaya bilər. Çempionluq şanslarını itirən "Neftçi" isə qələbə sayəsində 2-ci yerə yüksəlməyə can atacaq. 

Bu oyunlarda "İnter" qələbə qazansa və "Neftçi" xal itirsə, "bankirlər" ən azı ikinci yeri və Avropa Liqasına vəsiqəni təmin edəcəklər. Daha öncə "Qarabağ" bu vəzifənin öhdəsindən gəlib.    

Azərbaycan Premyer Liqası, XXXII tur

1 may

17:00. "Simurq" (Zaqatala) - "İnter" (Bakı)

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov

Zaqatala şəhər stadionu

20:00. "Neftçi" (Bakı) - "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, turun qalan iki görüşü mayın 2-də keçiriləcək. Son oyun günündə "Qəbələ" Ağdamın "Qarabağ" klubunu, "Bakı" isə "Xəzər Lənkəran"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi