Bakı. 18 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turun oyunları yenə 3 günü əhatə edəcək.
Canlı yayımla əlaqədar "Qarabağ" - "İnter" qarşılaşması bir gün əvvələ - aprelin 22-nə keçirilib.
22 aprel (cümə)
“Qarabağ” – “İnter”
Bakı, “Azərsun Arena”, 19:00
23 aprel (şənbə)
“Neftçi” – “Zirə”
Bakı, “Bakcell Arena”, 19:00
“Xəzər Lənkəran” – “Qəbələ”
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:30
24 aprel (bazar)
“Rəvan” – AZAL
Bakı, “Bayıl Arena”, 16:00
“Sumqayıt” – “Kəpəz”
Sumqayıt, “Kapital Bank Arena”, 14:00