Azərbaycan Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb Mərkəzi qarşılaşma Rauf Cabbarova tapşırılıb
Futbol
21 Aprel , 2017 16:19
Azərbaycan Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXVII turun təyinatları müəyyənləşib.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən veridyi məlumata görə, həftənin mərkəzi qarşılaşması sayılan “Qəbələ” - “İnter” matçı Rauf Cabbarova tapşırılıb. Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə böyük önəm kəsb edən "Zirə" ilə "Neftçi"nin oyununu isə Fariz Yusifov idarə edəcək.

Azərbaycan Premyer Liqası

XXVII tur

23 aprel (bazar)

17:00. AZAL – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena”

17:00. “Zirə” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”

24 aprel (bazar ertəsi)

14:30. “Qəbələ” – “İnter”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi