Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmalar 3 günü əhatə edəcək.
Mərkəzi görüşdə "Qəbələ" ilə "Qarabağ" üz-üzə gələcək. Martın 19-da həm də çempionatın ən titullu komandalarından sayılan "Neftçi" ilə "Kəpəz" üz-üzə gələcək.
Bütün oyunlar "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
18 mart
“Rəvan” – “Sumqayıt”
Bayıl Arena, 21:00
19 mart
15:00. "Qəbələ" – "Qarabağ"
Qəbələ. Qəbələ şəhər stadionu
18:00. "Neftçi" – "Kəpəz"
Bakı. "Bakcell Arena"
20 mart
13:30. "Xəzər Lənkəran" – "İnter"
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
15:30. "Zirə" – AZAL
Bakı. Zirə İdman Kompleksinin stadionu