Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək

Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək İlk oyun günündə "Sumqayıt" "Zirə"ni, "Neftçi" isə AZAL-ı qəbul edəcək
Futbol
15 Aprel , 2017 07:10
Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Həftənin açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə “Zirə” arasında olacaq. Bu duel Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb edir. Çünki hazırda 32 xalla “dördlüy”ü qapayan qonaqlar ən yaxın izləyiciləri olan meydan sahiblərini cəmi bir xal qabaqlayırlar. Bu isə o deməkdir ki, “Sumqayıt” qalib gələcəyi halda “Zirə”ni geridə qoyacaq.

“Neftçi”nin isə AZAL ilə oyuna hansı əhval-ruhiyyədə çıxacağı Sumqayıtdakı görüşdən asılı olacaq. Çünki “gənclər şəhəri”ndə qonaqlar 3 xal əldə edəcəkləri təqdirdə “ağ-qaralar” Avropa Liqasına vəsiqə qazanmaq üçün nəzəri şanslarını da itirəcəklər. Bunun baş verməməsi üçün şəxsi görüşlərin ümumi nəticəsinə görə “Neftçi”dən üstün olan “Zirə”nin büdrəməsi zəruridir.

Azərbaycan Premyer Liqası, XXVI tur

15 aprel (şənbə)

16:30 “Sumqayıt” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim inspektor: Məlik Həsənov

“Kapital Bank Arena”

İlk üç dövrə - 1:0, 1:0, 0:1

18:30 “Neftçi” – AZAL

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Bakcell Arena”

İlk üç dövrə - 2:0, 0:1, 1:0

Son xəbərlər

Orphus sistemi