Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib "Qarabağ" bu tur ardıcıl 5-ci dəfə çempionluğunu təmin edə bilər
Futbol
16 Aprel , 2018 15:35
Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları iki günü əhatə edəcək.

Aprelin 21-də lider "Qarabağ" səfərdə "Sumqayıt"ı yensə, ardıcıl 5-ci mövsüm çempionluğunu təmin edəcək. Əks halda, turun son matçında "Qəbələ"nin "Neftçi" ilə səfər matçında xal itirməsini gözləmək lazım gələcək. 

21 aprel (şənbə)

16:00. “Keşlə” – “Zirə”

“İnter Arena”

19:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

22 aprel (bazar)

17:00. “Səbail” – “Kəpəz”

“Bayıl Arena”

19:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi