Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib Turun görüşləri eyni gündə baş tutacaq
Futbol
27 Mart , 2017 12:01
Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

Bakı. 27 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarının vaxtı və yeri açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti turun görüşləri eyni gündə baş tutacaq.

Açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Neftçi" arasında olacaq. Ardından “İnter” – AZAL oyunu start götürəcək. Lider "Qəbələ"nin "Zirə" ilə, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri saat 18:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)


16:30 “Sumqayıt” – “Neftçi”

"Kapital Bank Arena"

17:00 “İnter” – AZAL

“İnter Arena”

18:30 “Qarabağ” – “Kəpəz”

“Azersun Arena”

18:30 “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" və "Qəbələ" - "Zirə" matçları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi